Nazir: "Dövlətimizin artan imkanları sosial təminatın yaxşılaşdırılmasına şərait yaradır"


  • 11:42

"Müstəqillik tarixinin ən böyük büdcə layihəsi Vətən müharibəsində əldə olunan Zəfərimizin beş ilində hazırlanıb".

E-huquq.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu büdcə zərfi Prezident İlham Əliyevin müdrik siyasəti, ardıcıl aparılan islahatlar və iqtisadi-maliyyə imkanlarının səmərəli istifadəsi nəticəsində hazırlanıb.

"Bu nailiyyətlər, eyni zamanda, ölkəmizin beynəlxalq tərəfdaşlarının sayının artmasına və büdcənin gəlirlərinin artırılmasına müsbət təsir göstərir. Dövlətimizin artan imkanları sosial təminatın yaxşılaşdırılmasına şərait yaradır. Minimum əmək haqqı, pensiya və müavinətlər artırılıb. Bu büdcə layihəsinin əsas xərclərindən biri Böyük Qayıdış Layihəsidir. Bu layihə, cənab Prezidentin qarşımıza qoyduğu ən vacib hədəfdir. Məqsəd sakinlərimizin qısa müddət ərzində öz doğma torpaqlarına qayıtmasıdır", - deyə nazir bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər