- 13:27
"2018-ci ildən etibarən Azərbaycanda vergi və gömrük sahəsində geniş islahatlar həyata keçirilib".
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, ötən dövr ərzində iqtisadiyyatın bütün sahələrində artım tempi müşahidə olunub. Lakin bəzi sahələrdə, məsələn, turizm, kənd təsərrüfatı və tikinti sahələrində artım tempi daha aşağı olub.
"Neft və qaz hasilatının azalmasına baxmayaraq, xarici ticarət dövriyyəsi 50 milyard ABŞ dollarını ötüb. Əmək haqqı islahatları əmək bazarında şəffaflığın artırılmasına gətirib çıxarıb. Eyni zamanda, aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb", - deyə M.Cabbarov qeyd edib.
Şəbnəm Mehdizadə