- 13:29
2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb.
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qeyri-neft-qaz vergi daxilolmaları isə dövr ərzində 2,3 dəfə artıb: "Qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52%-ə yüksəlib. 2026-cı ilin büdcə layihəsində isə bu göstərici 57% nəzərdə tutulub".
Şəbnəm Mehdizadə