"İqtisadi artıma dəstəyin potensial alətləri var" - Nazir


  • 12:37

İqtisadiyyatın sahələri üzrə özəl investisiya fəallığının artırılması vasitəsilə yeni iqtisadi artım mənbələrinin hərəkətə gətirilməsində sahəvi qurumların rolu mühüm əhəmiyyətə malikdir.

E-huquq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, özəl investisiyaların artırılması vasitələri çox müxtəlifdir. Bunlar arasında 2022-ci ildə qəbul edilmiş dövlət-özəl tərəfdaşlığı haqqında qanunun tətbiqi (dəniz suyunun duzsuzlaşdırılması layihəsi), bank sektorunun real sektora daha aktiv dəstək imkanlarının reallaşması, o cümlədən faiz dərəcələri üzrə, pul siyasətinin inflyasiya hədəfinə xələl gətirmədən investisiya yönümlü iqtisadi artıma dəstək potensialının istifadəsi, kreditlər üzrə faiz subsidiyası və zəmanətli dövlət alışı mexanizmlərinin genişləndirilməsi, birbaşa xarici investisiyaların cəlbi kimi alətlər mühüm əhəmiyyət kəsb edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər