Son 7 il ərzində qeyri-neft-qaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb


  • 12:40

Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən vergi daxilolmalarının artması vergi dərəcələrinin artırılması hesabına deyil, şəffaflaşma və keyfiyyətli inzibatçılıq sayəsində vergitutma bazasının genişlənməsi yolu ilə təmin edilib.

E-huquq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, nəticədə iqtisadiyyatda, xüsusilə də qeyri-neft qaz sektorunda vergitutma bazası genişlənib, büdcənin gəlir və xərclərinin artımı ilə yanaşı əhalinin gəlirləri və müəssisələrin sərmayələri əhəmiyyətli dərəcədə artıb.

Nazir bildirib ki, 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla əhalinin gəlirlərinin ən mühüm mənbəyi olan əmək haqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə 3 dəfə artıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər