- 14:05
“2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir”.
E-huquq.az xəbər verir ki, Bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, bütövlükdə gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2025-ci ilə nisbətən 227 milyon manat və ya 6,4 faiz çoxdur.
Şəbnəm Mehdizadə