Azərbaycanda dövlət satınalmalarının sayı artıb


  • 13:58

2024-cü ildən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvədədir. 2025-ci ilin ilk 9 ayı ərzində 7,4 mlrd. manat məbləğində 13 mindən çox satınalma həyata keçirilib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1,2 mlrd. manat və ya 930 satınalma çoxdur.

E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2025-ci ilin ilk 9 ayında keçirilmiş satınalmaların həm sayı, həm də məbləği yeni Qanun qüvvəyə minənədək keçirilən satınalmaların təxminən illik göstəricisinə bərabərdir. 9 ayda 6500 yaxın müsabiqəli satınalma keçirilib:

"2025-ci ilin ilk 9 ayında müsabiqə əsaslı dövlət satınalmalarını həyata keçirmiş 1000-dən çox təşkilatdan təxminən 60%-i satınalmalara 2-ci rübdən, təxminən 30%-i isə 3-cü rübdən etibarən başlayıb. Qeyd edim ki, əvvəlki illə müqayisədə satınalmalara gec başlamış təşkilatların sayında azalma (təxminən 20%) müşahidə edilir".

Oxşar xəbərlər