"Büdcədən subsidiyanın ayrılmasının aydın qaydaları olmalıdır" - Palata sədri


  • 14:02

Dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır.

E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Palata sədri bildirib ki, qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin (zərərinin) qarşılanması üçün verilmə meyarının gözlənilməməsi risklərini yaradır. Bundan əlavə, dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirinin də diqqətdə saxlanılmasını zəruri edir.

Oxşar xəbərlər