"Ərzağın bahalaşması ciddi problemlərə səbəb olur"


  • 15:16

Ərzaq qiymətlərinin artması ciddi problemlərə səbəb olur.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasda bildirib.

O əlavə edib ki, əhalinin 36 faizi kənd təsərrüfatında çalışır, lakin onların sayı Ümumi Daxili Məhsulda (ÜDM) çox aşağı çəkiyə malikdir. Deputatın sözlərinə görə, Avropada bu göstərici olduqca yüksəkdir.

"Kənd təsərrüfatında çalışanların sayı getdikcə azalır. Bundan başqa, əksər ölkələrdə qeyri-neft sektorunda turizmin inkişafına xüsusi diqqət yetirilir və bu sahəyə əsas vəsait ayrılır. Bizdə də bu sahəyə vəsait ayrılır, amma bunun həcmi artırılmalıdır. Çünki risklər mövcuddur. Məsələn, hər hansı bir münaqişə təhlükəsiz turizmə mənfi təsir göstərir və nəticədə gəlirlər azalır", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər