"Büdcə xərclərindəki artım dinamikasının təsirləri ayrıca qiymətləndirilsin"


  • 15:38

"2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir. Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq. İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, qeyri neft-qaz gəlirlərinin müdafiə olunan xərcləri tamamilə üstəmələsi üçün büdcə konsalidasiyası çərçivəsində növbəti ildə də fiskal dayanıqlığın güclənəcəyindən xəbər verir.

"Büdcə layihəsi möhtərəm Prezident tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq hazırlanıb. Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək. Ümumi büdcə xərclərinin 30 faizinə yaxının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq. Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir", - deyə deputat qeyd edib.

V.Bayramov deyib ki, son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb: "Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi".

İqtisadiyyatın diversifikasiya baxımdan deputat qeyd edib ki, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşür.

V.Bayramov təklif edib ki, büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirləri ayrıca qiymətləndirilsin: "Əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Nazirləri Kabinetindəki təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər