- 17:44
Mingəçevirdə yeni sosial mənzillərin tikilməsi təklif olunur.
E-huquq.az xəbər verir ki, bu barədə təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən çıxış edib.
A.Mirzəzadə bildirib ki, Mingəçevirdə şəhid ailələri və qazilər üçün artıq bir bina inşa edilib və ikinci binanın tikintisi də planlaşdırılır. Lakin deputat bu təşəbbüslərin təkcə bir və ya iki layihə ilə məhdudlaşmamalı olduğunu vurğulayıb: “Hökumət sosial mənzil layihələrini davam etdirməlidir. Lənkəran, Gəncə, Mingəçevir və digər şəhərlərdə də sosial mənzillər inşa edilməlidir. Bu, ciddi ehtiyacdır”.
Şəbnəm Mehdizadə