“Mirzəyev və Partnyorları” Vəkil Bürosunda fəaliyyətini başa vuran Femida Könüllüsünə sertifikat təqdim edildi


  • 19:20

“Mirzəyev və Partnyorları” Vəkil Bürosunda fəaliyyətini uğurla başa vuran Femida Könüllüsünə sertifikatın təqdimetmə mərasimi baş tutub.

E-huquq.az xəbər verir ki, mərasimdə iştirak edən “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun müdiri Səyyad Mirzəyev könüllünün fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüsü sertifikatla təltif edilib.

Qeyd edək ki, könüllü fevral-may ayları ərzində “Mirzəyev və Partnyorları” Vəkil Bürosunda fəaliyyətdə olub. O, ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıb.

Oxşar xəbərlər