- 12:44
"Regionların davamlı inkişafı üçün konkret addımlar atılmalıdır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərli parlamentin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, bütün regionları əhatə edən bir təklif paketi hazırlanmalı və bu paket uzunmüddətli dövrdə sənaye və ixrac potensialını artırmağa yönəlməlidir: "Həmçinin innovasiya və texnologiyanın regionlarda geniş tətbiqivacibdir"
Deputat əlavə edib ki, sahibkarları regionlarda fəaliyyət göstərməyə həvəsləndirmək lazımdır.
Şəbnəm Mehdizadə