"Qiymətlər sürətlə yüksəlir, sosial həssas təbəqənin rifahı zəifləyir"


  • 11:44

"2026-cı ilin büdcə zərfi ölkəmizin iqtisadi inkişaf trayektoriyasını müəyyən edən əsas sənəddir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputtaı Razi Nurullayev parlamentin bugünkü plenar deyib.

O qeyd edib ki, ölkənin əsas gəlirləri neft və qaz sahəsindən əldə edilir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atılsa da, real nəticələr hələ də zəifdir.

R.Nurullayevin sözlərinə görə, qiymət artımları və inflyasiya ciddi narahatlıq doğurur: "Qiymətlər sürətlə yüksəlir, sosial həssas təbəqənin rifahı zəifləyir. Əmək haqqı və pensiyalar artırılsa da, real bazardakı vəziyyət fərqlidir".

Deputat əlavə edib ki, regionlar ölkə iqtisadiyyatının sütunudur və regionların inkişafı olmadan qeyri-neft sektorunun inkişafından danışmaq mümkün deyil

"Regionların mərkəzdən asılılığı azaldılmalıdır", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər