Deputat: "Hərb sahəsində davamlı inkişaf təmin edilir"


  • 11:53

"Azərbaycan hərb sahəsində özünü inkişaf etdirir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.

"Hərb sahəsində davamlı inkişaf təmin edilir. Büdcəmiz isə bu sahənin əsas qarantı hesab olunur. Qlobal təhdidlər və çağırışlara baxmayaraq, Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır", - deyə o bildirib.

R.Nəbiyev deyib ki, Şanlı Zəfərimizdən sonra bölgədə yeni reallıq yaranıb: "Hazırda Qarabağ və Şərqi Zəngəzur qlobal miqyasda ən böyük tikinti meydanlarına çevrilib və bu layihələrin həyata keçirilməsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər