"Hakim və vəkil çatışmazlığına görə bu qərarlar tələsik verilir"


  • 12:18

"Son üç ildə boşanma hallarının kəskin artması ciddi narahatlıq doğurur".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, nikaha daxil olan ailələrin 50 faizi boşanır: "Azərbaycanda boşanma hallarının rekord həddə çatması, əhalinin demoqrafik vəziyyətinə və milli təhlükəsizliyə mənfi təsir göstərir, çünki güclü ailə institutu dövlətin əsas təməlini təşkil edir".

M.İbrahimqızı, həmçinin boşanma sayının artmasının dövlətin böyük maliyyə layihələri həyata keçirməsinə səbəb ola biləcəyini qeyd edib. O, Türkiyədə ailə məhkəmələrinin fəaliyyət göstərdiyini və bu məhkəmələrdə vəkil, psixoloq, sosial işçi kimi mütəxəssislərin iştirak etdiyini bildirib. Ailə məhkəmələrinin əsas məqsədinin boşanma prosesini sürətləndirmək deyil, gəncləri maarifləndirmək olduğunu qeyd edib.

Deputat deyib ki, Azərbaycanda isə hakim və vəkil çatışmazlığı səbəbindən məhkəmələrin iş yükü çoxalır və bu da boşanma qərarlarının tələsik çıxmasına səbəb olur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər