- 16:52
Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.