- 10:25
Ədliyyə Nazirliyi ötən dövr ərzində rəqəmsal transformasiya istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirib. Ümumilikdə 40-dan çox rəqəmsal alət və həll, o cümlədən informasiya sistemləri, proqram təminatları və portallar formalaşdırılıb. Bu işlərin böyük əksəriyyəti özəl tərəfdaşlarla əməkdaşlıq çərçivəsində icra olunub və dövlət büdcəsində yük minimuma endirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, “Elektron icra” informasiya sistemi tam yenilənib, həmçinin “Mobil icra” tətbiqi istifadəyə verilib: “Bütün icra hərəkətləri rəqəmsal müstəviyə keçirilib, bir sıra proseslər avtomatlaşdırılıb, borclu və tələbkarların icra prosesinin bütün mərhələlərini izləməsi mümkün olub. Hazırda hüquqi şəxslər üçün xüsusi mobil versiya hazırlanır və əlavə nəzarət-hesabat mexanizmləri inteqrasiya olunur”, - deyə məlumatda bildirilib.
Mənbə, Azərtac