- 13:01
“Ölkəmizin nüfuzu dünyada daha da artır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
“Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu, təsadüfi deyil. Bu həm Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri və siyasi iradəsi, həm də ölkəmizin müstəqil siyasət yürütməsi ilə əlaqədardır. Azərbaycan hər gün daha böyük uğurlara imza atır. Ötən il COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etmişik. Hazırda COP30 və digər beynəlxalq tədbirlərdə də Azərbaycanın təcrübəsindən geniş istifadə olunur”, - deyə o bildiirb.
Şəbnəm Mehdizadə