- 13:01
"Hazırda Hövsanda 170-ə yaxın bina qəzalı vəziyyətdədir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ötən gün Hövsanda yaşayış binasının eyvanının uçması nəticəsində qadınının xəsarət alması barədə danışarkən deyib.
O, bütün dövlət orqanlarının qəzalı binlar barədə məlumatlı olduğunu söyləyib.
"Çox sadə bir mexanizm mövcuddur: bir iş adamı gəlir, binanın pulunu ödəyir, 5 mərtəbəlik bina əvəzinə 9 mərtəbə tikir. 5 mərtəbənin sakinlərini kirayədə saxlayır, əlavə tikilən 4 mərtəbəni sataraq xərclərini çıxarır. Amma vətəndaşın həyatını riskə atmağın məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var, hər kəs özünü sığortalayıb. Təklif edirəm ki, müvafiq icra hakimiyyətinin məsuliyyəti qanunda dəqiq şəkildə müəyyənləşdirilsin", - deyə deputat bildirib.
Şəbnəm Mehdizadə