Sabah Sumqayıtın bir hissəsində qaz olmayacaq


  • 14:50

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən e-huquq.az-a verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı sabah saat 10:00-dan etibarən, həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Oxşar xəbərlər