Metroda interval azaldıldı


  • 16:55

Bakı metrosunda bənövşəyi xətdə qatarların hərəkət intervalı ilk dəfə 5 dəqiqəyədək azalıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.

Nəticədə “Avtovağzal-Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal-8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Oxşar xəbərlər