Ədliyyə naziri Bərdə şəhərində vətəndaşları qəbul edəcək


  • 15:22

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 5-də Bərdə şəhərində Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayon sakinlərini qəbul edəcək.

Nazirliyin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 4 dekabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu: +994 12-510-10-01, daxili nömrə: 17020, dəftərxana: 17030) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Oxşar xəbərlər