- 17:46
"Bakı Konqres Mərkəzi" MMC-nin inzibati binanın mərmər döşəməsinin kristallaşması və təmiri xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 370.014,96 manat olub.
Şəbnəm Mehdizadə