"20 Yanvar" dairəsində yaranan sıxlıq aradan qaldırıldı - YENİLƏNDİ


  • 27 Noyabr 22:44

Bakıda avtomobilin yükünün yola dağılması nəticəsində yaranan tıxac aradan qaldırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.

Hazırda Bakı-Sumqayıt şosesi, "20 Yanar" metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindın dairədə olan svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.

***

Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi "20 Yanvar" metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Oxşar xəbərlər