"AZGRANATA" ölkənin ən çox tanınan brendləri sırasında yer aldı


  • 10 İyun 2021 10:18

"Caspian Energy Club"ın təşkil etdiyi beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.

E-huquq.az xəbər verir ki, müsabiqədə "AZGRANATA" MMC 17-ci yeri tutub. Şirkətin məhsulları sırasına daxil olan "Vita1000" brendi isə 25-ci sırada qərarlaşıb.

Müsabiqənin nəticələri onlayn formatda keçirilən görüşdə elan olunub. Tədbirdə çıxış edən “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev “Brand Award Azerbaijan” milli müsabiqəsində "AZGRANATA" MMC-yə səs verən hər kəsə minnətdarlığını bildirib və qalibləri təbrik edib. O, müsabiqənin təşkilinə görə "Caspian Energy Club"ın rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, müsabiqədə 200 milli korporativ, xidməti və məhsul brendi iştirak edib. Səsvermədə dünyanın müxtəlif ölkələrindən 6500-ə yaxın respondent iştirak edib.

Oxşar xəbərlər