Məzmuna keç

Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil –

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.