Məzmuna keç

Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq

“Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsi avqustun sonuna yaxın keçirilə bilər”.

E-huquq.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, müsahibə mərhələsi əsasən yer seçimi edildikdən sonra həyata keçiriləcək.

O qeyd edib ki, sertifikasiya imtahanının həyata keçirilməsindən sonra həm sertifikasiya, həm də MİQ imtahanlarının da 120 dəqiqə ərzində olması planlaşdırılır.