Məzmuna keç

Abşeron sakini avtomobilinin oğurlanması barəddə DİN-ə məlumat verdi

Abşeron sakini avtomobilinin oğurlanması barəddə DİN-ə məlumat verdi

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, oktyabrın 11-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən T.Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.

Müraciətlə əlaqədar dərhal Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, “Moskviç 412” markalı avtomobilin Stansiya Sumqayıt yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.

Abşeron rayon Polis İdarəsi və Zəngilan rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.