Məzmuna keç

Azərbaycan və Rusiya baş nazirləri ikitərəfli iqtisadi layihələri müzakirə ediblər

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.