Məzmuna keç

Şöbə rəisi: “Abontlərinin 9 faizi maksimal qaz istifadəsi limitini keçib”

"Bu ilin yanvar-noyabr aylarında “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 52 faizi aşağı qaz istifadəsi limitini keçməyib"

E-huquq.az xəbər verir ki, bunu Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında deyib.

O bildirib ki, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 39 faiz abonent keçib.

“Cəmi 9 faiz abonentimiz isə 2 500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib”, – şöbə rəisi qeyd edib.