31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsinə və ailələrinə ehtiram ifadəsi olaraq ekran əsəri hazırlanıb.
E-huquq.az xəbər verir ki, videoçarx Şuşada, mərhum şair İsa Körpülünün “Gəl, sağollaşaq” şeiri əsasında əsasında hazırlanıb.
Şeiri tanınmış qiraətçi Xəzər Süleymanlı ifa edib. Aktrisa Günay Həsən isə məğrur Azərbaycan qadını, şəhid xanımı obrazını canlandırıb.
Elçin Ağazadənin rejissorluğu ilə hazırlanmış ekran əsərinin ssenari müəllifi Aqşin Evrən, operatoru Soltan Abdullayevdir.
Kadrlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq” tarixi kəlamları ilə tamamlanır.
Sözügedən ekran əsərini təqdim edirik:
