Məzmuna keç

Böyük Britaniya səfiri Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etdi –

Böyük Britaniya səfiri Ferqus Ould Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə o, "Twitter"də paylaşım edib.

“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm!”, – paylaşımda deyilir.

Səfir videomüraciətində 2022-ci ilin Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğunu, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini nəzərə çatdırıb.