Məzmuna keç

ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik etdi

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Gevara Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Bakıda olduğum qısa zamanda Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi məni heyran edib. 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənməyə ümid edirəm. ABŞ-ın Azərbaycandakı səfirliyinin kollektivi adından hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm", – deyə diplomat təbrik videomüraciətində bildirib.