“Araz Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib
E-huquq.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətaklar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Nəsimi rayon məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Rəşid Qarayev
