Məzmuna keç

Ağacların qanunsuz kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər

"Bəzən gecə saatlarında Bakıda tikinti şirkətlərinin yaşıllıqları qırması halları ilə rastlaşırıq".

E-huquq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bu halların qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var: “Ağacların qanunsuz kəsilməsinə görə, cəzaların artırılması ilə bağlı layihə təqdim olunub. Yaxın aylarda layihənin qəbul edilməsi gözlənilir. Belə ki, cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakı ərazisində vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq və hətta həbs cəzası da verilə bilər”.