Məzmuna keç

“Azəriqaz” rəhbərliyi canlı yayımda sualları cavablandıracaq

Havanın kəskin soyuması ilə bağlı bu gün saat 17:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin növbəti canlı yayımı olacaq.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar qaz təsərrüfatına dair yaranmış problemlər barədə, onları maraqlandıran mövzularla bağlı suallarını canlı yayıma qoşularaq ünvanlaya bilərlər.