Məzmuna keç

Havanın kəskin dəyişməsi ilə bağlı “Azəriqaz”dan açıqlama –

"Bu gün gecə saatlarında havalar kəskin olaraq soyumağa başlayıb. Bu baxımdan “Azəriqaz” fors-major hallara və ümumiyyətlə soyuq hava kütləsi hallarına hazır idi. Çünki biz ilin bütün fəsillərində bu cür havalara hazırlıq görürük. Axşam saatlarından bizim mobil qruplarımız və qəza-bərpa xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışmağa başlayıblar".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq heyyət iki dəfə artırılıb: "Bakı və Abşeron üzrə, eyni zamanda Rayon Qaz İstismar İdarələrinin əməkdaşları rayon və bölgələrdə bu prosesi layiqincə yerinə yetirməyə başlayıblar".

Şöbə rəisinin açıqlamasını daha ətraflı təqdim edirik: