Məzmuna keç

Xalq Şəhidlər Xiyabanına axın edir –

Bu gün 20 Yanvar faciəsinin 33-cü il dönümüdür.

E-huquq.az xəbər verir ki, artıq səhər saatlarından başlayaraq Şəhidlər Xiyabanının kütləvi şəkildə ziyarət olunmasına başlanılıb.

Xalq Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini etiramla yad edir, onların məzarları üzərinə qərənfillər düzür, ruhlarına dualar oxuyur.

Qeyd edək ki, xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Eltac Nurullazadə