Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) maaşları artırılıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
|
Sıra №-si |
Kateqoriyalar üzrə dövlət orqanları |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
|
1. |
Ali kateqoriya dövlət orqanlarında |
400 |
|
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
385 |
|
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
365 |
|
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
345 |
Qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, daha əvvəl onların aylıq vəzifə maaşının məbləği aşağıdakı kimi olub:
|
Sıra №-si |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
|
|
1. |
Ali kateqoriya dövlət orqanlarında |
370 |
|
2. |
1-ci kateqoriya dövlət orqanlarında |
355 |
|
3. |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında |
335 |
|
4. |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında |
315 |
