Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.
E-huquq.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunmuşdu. O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.
