Quba rayonu Təngəaltı kənd Tam Orta Məktəbində kitabxanaçı vəzifəsində işləyən Səbirə Allahverdiyeva məhkəməyə müraciət edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, S. Allahverdiyeva müraciətində işdən qanunsuz çıxarıldığını bildirərək, işə bərpa edilməsini və əmək haqqının ödənilməsini istəyir.
Şikayətə Quba Rayon Məhkəməsində hakim Aydın Babayevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 16-na təyin edilib.
Eltac Nurullazadə
