"Olimp Hospital" MMC barəsində cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, MMC barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsi 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xəzər Rayon Məhkəməsində hakim Zaur Tağıyevin sədrliyi ilə baxılacaq.
İddia təmin edilərsə, "Olimp Hospital" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
