Şəkidə fəaliyyət göstərən sahibkarlar müraciətlərini "Açıq mikrofon"a ünvanladılar  - FOTO


  • 25 Yanvar 16:29

"SOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə KOBİA ilə birgə keçirilən "Açıq mikrofon" aksiyasında sahibkarlar müraciətlərini rahat şəkildə ünvanlaya bilərlər".

E-huquq.az xəbər verir ki, bunu Birliyin şöbə rəisi Rövşən Məhyəddinov Şəkidə qurulan "Səyyar qəbul otağı"nda çıxışı zamanı bildirib. Qurum rəsmisi vətəndaşların da qatıldığı aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.

Aksiyada çıxış edən KOBİA-nın nümayəndəsi Elbrus İskəndərov sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar mikrofon önünə keçiblər. Etibar Nuruyev qeyri-yaşayış obyektinin qazlaşdırılmasını, Xəyal Həsənov isə obyektinə müvəqqəti sayğacın quraşdırılmasını istəyib. Sahibkarların müraciəti dinlənildikdən sonra növbə sadə vətəndaşlara çatıb. Qoxmuq kəndinin 20-yə yaxın sakini adından çıxış edən Zeynəb Məmmədova küçə qaz xətlərinin çəkilməsini xahiş edib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Oxşar xəbərlər