Dövlət Gömrük Komitəsi “AL Market”ə cərimə yazdı


  • 26 Yanvar 2023 17:00

Dövlət Gömrük Komitəsi “AL Market” MMC-yə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, Komitə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edib.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Lərimovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manat məbləğində cərimələnəcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər