"İstanbul Klinika" cərimələnə bilər


  • 26 Yanvar 2023 17:07

"İstanbul Klinika" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barəsində adiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməaində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası fevralın 7-nə təyin olunub.

Protokol təsdiq olunarsa, "İstanbul Klinika" beş min manatdan on min manatadək məbləğdə cərimə ediləcək.

Eltac Nurullazadə

Oxşar xəbərlər