"Azəriqaz"da növbəti "Açıq qapı" aksiyası keçiriləcək


  • 26 Yanvar 2023 22:50

"Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 27 yanvar saat 11:00-da başlayacaq.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Oxşar xəbərlər