"Azəriqaz": Havaların soyumasına baxmayaraq qaz təchizatında hər hansı problem yoxdur


  • 27 Yanvar 2023 12:53

"Yanvar ayında havaların daha soyumasına baxmayaraq, qaz təchizatında hər hansı problem olmayıb".

E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı departamentinin rəisi Rauf Əhmədov “Açıq qapı” aksiyasında deyib.

O bildirib ki, abonetlər qazla tam təmin olunub.

"Hətta yeni həyata keçirilən işləri də sınaqdan keçirdik və nəticənin uğurlu olduğunu gördük. Biz hər hansı ərazidə qəza yarandıqda ehtiyat xətlərdən istifadə edirik, bununla da faziləsiz qaz təchizatını həyata keçirə bilirik", - deyə R.Əhmədov qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər