Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayıldı - VİDEO


  • 27 Yanvar 2023 13:24

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun anbaan görüntüləri yayılıb.

E-huquq.az xəbər verir ki, görüntülər Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülərdə Azərbaycan səfirliyinin əməkdaşlarının terrorçunu qəhrəmancasına zərərsizləşdirməyə cəhd göstərdiyi öz əksini tapıb.

Videodan məlum olur ki, mühafizəçi cəsarətli davranmasaydı, terrorçu qarşısına çıxan hamını güllələyəcəkdi. O, zərərsizləşdirilənə qədər təqribən 7-8 güllə atıb. Nəzərə almaq lazımdır ki, “Kalaşnikov”un darağında 32 güllə olur.

Binada diplomatların ailələri də yaşayır, deməli mühafizəçi vaxtında mane olmasaydı, xeyli itki olacaqdı.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Oxşar xəbərlər