Bank olmayan kredit təşkilatına cərimə yazıldı


  • 27 Yanvar 2023 14:41

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, BOKT barədə aidiyyəti orqan tərəfindən İnzibati Xətalar Məcəlləsnin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakimin Fuad Axundovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər